...

Azərbaycanda elektrikli və sıxılmış təbii qazla işləyən avtobusların sayı artıb

İqtisadiyyat Materials 16 Sentyabr 2025 16:53 (UTC +04:00)
Azərbaycanda elektrikli və sıxılmış təbii qazla işləyən avtobusların sayı artıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son bir ildə elektrikli və sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, bu, ötən ilin rəqəmləri ilə müqayisədə 136 ədəd və ya 5,5 dəfə çoxdur.

Məlumata görə, ötən ilin eyni dövündə elektriklə işləyən avtobus sayı 30 ədəd, sıxılmış təbii qazla (CNG) işləyən avtobus sayı 1115 ədəd, dizellə işləyən avtobus sayı isə 3713 ədəd olub.

2025-ci il avqust ayında isə elektriklə işləyən avtobus sayı 166, sıxılmış təbii qazla işləyən (CNG) avtobus sayı 1337, dizellə işləyən avtobus sayı isə 3731 ədəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti