...

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri 1,8 dəfə artıb

İqtisadiyyat Materials 16 Sentyabr 2025 16:16 (UTC +04:00)
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri 1,8 dəfə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 5,072 milyard ABŞ dolları dəyərində 10,3 min ton beynəlxalq yükdaşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,2 milyard ABŞ dolları və ya 1,8 dəfə çox, həcm ifadəsində isə 62,5 min ton və ya 7,1 dəfə azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 258,1 milyon ABŞ dolları dəyərində 1,7 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 48,6 milyon ABŞ dolları və ya 23,2% artım, həcm ifadəsində isə 62,4 min ton və ya 38,1 dəfə azalma deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında hava nəqliyyatı vasitəsilə Azərbaycana 4,8 milyard ABŞ dolları dəyərində 8,6 min ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,2 milyard ABŞ dolları və ya 1,8 dəfə çox, həcm baxımıdan isə 137 ton və ya 1,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti