...

Estoniyanın “Qarabağ” komandası EuroCup turnirində iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2025 18:18 (UTC +04:00)
Estoniyanın “Qarabağ” komandası EuroCup turnirində iştirak edəcək (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyada fəaliyyət göstərən “FC Qarabağ Tallinn” mini-futbol komandası Bolqarıstanın Sofiya şəhərində keçiriləcək beynəlxalq EuroCup turnirinə qatılacaq. 24–28 sentyabr tarixində baş tutacaq bu yarışa komanda ciddi şəkildə hazırlaşır.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, klubun idman direktoru Elnur Vəliyev turnirdə iştirakın həm komandanın Avropa səviyyəsində tanınması, həm də Estoniyada yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını deyib. “Turnirin səviyyəsini və bizi gözləyən rəqabəti yaxşı dərk edirik. Futbolçular Estoniyanı və Avropadakı azərbaycanlı icmamızı layiqincə təmsil etmək üçün əzmlə hazırlaşıblar”, – deyə o bildirib.

“FC Qarabağ Tallinn” komandası D qrupu üzrə ZEL Degson (Slovakiya), Karpati Ujhorod (Ukrayna) və Raykommers (Bolqarıstan) komandaları ilə qarşılaşacaq.

Bu oyunlar pley-off mərhələsinə vəsiqə üçün həlledici olacaq. Turnirdə iştirak “FC Qarabağ Tallinn” üçün beynəlxalq arenada önəmli bir mərhələ sayıla bilər. Klubun məqsədi yalnız idman uğuru deyil, həm də azarkeşləri bir araya gətirərək unudulmaz anlar yaşatmaqdır.

“FC Qarabağ Tallinn” mini-futbol komandasının səfəri Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə gerçəkləşib.

“FC Qarabağ Tallinn” komandası EuroCup turnirində iştirakı barədə Estoniya yerli mətbuatında məqalə dərc olunub:

Эстонская команда примет участие в EuroCup по мини-футболу в Болгарии - Delfi RUS

Məqalədə:
Xəbər lenti

Xəbər lenti