...

Azərbaycanda büdcədənkənar daxilolmaların 16% artacağı proqnozlaşdırılır

İqtisadiyyat Materials 16 Sentyabr 2025 02:13 (UTC +04:00)
Azərbaycanda büdcədənkənar daxilolmaların 16% artacağı proqnozlaşdırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı gözlənilir.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16% çoxdur.

Büdcənin sair daxilolmalar üzrə proqnozu isə 13,9% artırılaraq 981 milyon manata çatdırılıb.

Xəbər lenti

Xəbər lenti