...

Aİ ölkələri rusiyalı turistlərin ittifaq ərazisinə girişinin qadağan olunmasını tələb edir

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 19:34 (UTC +04:00)
Aİ ölkələri rusiyalı turistlərin ittifaq ərazisinə girişinin qadağan olunmasını tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv bəzi ölkələr Rusiyaya qarşı hazırlanan 19-cu sanksiyalar paketi çərçivəsində rusiyalı turistlərin Aİ ərazisinə daxil olmasına tam qadağa qoyulmasını təklif edirlər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, şengen vizası ilə Aİ ərazisində olan Rusiya diplomatlarının hərəkətlərinin məhdudlaşdırılması təşəbbüsü də gündəmdədir.

Qeyd edək ki, ötən həftə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı növbəti – 19-cu sanksiyalar paketi üzərində işlərin başa çatmaq üzrə olduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti