...

Kəlbəcərdə ilk dərs zənginin səslənməsi tarixi ədalətin bərpasının təntənəsidir - Nuranə Babayeva

Gündəm Materials 15 Sentyabr 2025 15:36 (UTC +04:00)
Kəlbəcərdə ilk dərs zənginin səslənməsi tarixi ədalətin bərpasının təntənəsidir - Nuranə Babayeva
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Bu gün Kəlbəcərdə ilk dərs zənginin səslənməsi təkcə tədris ilinin başlanğıcı deyil, həm də tarixi ədalətin bərpasının, xalqımızın qürurunun və iradəsinin təntənəsidir.

Trend xəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.

O bildirib ki, bu torpaqların əsl sahibləri olaraq qələbəmizin memarlarının layiqli davamçıları olacaqlar:

“Qeyd etməliyəm ki, modul tipli məktəb şagirdlərin təhsilində fasilə yaranmaması üçün yaradılmış və müvəqqəti xarakter daşıyır.

​Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, artıq növbəti ilə tam yeni, müasir və unikal təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır. Təməli 2023-cü ildə qoyulan tədris ocağı ümumilikdə 2.24 hektar ərazini əhatə edir. 528 şagird üçün ümumtəhsil məktəbi, 80 yerlik uşaq bağçası, 70 yerlik yataqxana və peşə təhsili üçün 7 fərqli emalatxana tikintisi nəzərdə tutulub”.

Xəbər lenti

Xəbər lenti