Bakı. Trend:
ABŞ-nin Solt-Leyk Siti şəhərində hüquq-mühafizə orqanları xəbər agentliyinə məxsus avtomobilin altına yandırıcı qurğu yerləşdirən iki nəfəri həbs edib.
Trend xəbər verir ki, bu barədə KUTV telekanalı məlumat yayıb.
Məlumata görə, Solt-Leyk Şəhər Polis İdarəsi və yanğınsöndürənlər maşının altında şübhəli cihaz aşkarlayıblar. Sonradan onun xəbər agentliyinin avtomobilinə quraşdırılmış yandırıcı qurğu olduğu müəyyənləşdirilib.
Qurğunun aktivləşdirildiyi, lakin işə düşmədiyi bildirilib.
Hadisə ilə bağlı araşdırmaya cəlb olunan Federal Təhqiqat Bürosu (FTB) iki nəfəri saxlayıb. Onların evinə baxış zamanı partlayıcı maddələr, silahlar və narkotik vasitələr aşkarlanıb.