...

Xalq artisti Murad Yagizarov vəfat edib

Cəmiyyət Materials 13 Sentyabr 2025 12:58 (UTC +04:00)
Xalq artisti Murad Yagizarov vəfat edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Murad Yagizarov vəfat edib.

Trend xəbər verir ki, bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında paylaşım edib.

M.Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub.

Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962).

1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.

Xəbər lenti

Xəbər lenti