Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio dronların Polşanın hava məkanını pozması ilə bağlı insidenti təhlükəli və qəbuledilməz adlandırıb.
Trend xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
"Biz bunun qəbuledilməz, uğursuz və təhlükəli bir hadisə olduğunu düşünürük. Buna şübhə yoxdur: pilotsuz təyyarələr qəsdən buraxılıb. Sual odur ki, pilotsuz təyyarələr konkret olaraq Polşaya daxil olmaq üçün hədəflənibmi?", - Rubio deyib.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərbinə kütləvi hücumu zamanı onlarla pilotsuz təyyarə Polşanın hava məkanını pozub.