...

Bakıda telefon və skuter oğruları saxlanıldı

Cəmiyyət Materials 13 Sentyabr 2025 13:38 (UTC +04:00)
Bakıda telefon və skuter oğruları saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 11-i Nəsimi rayonu ərazisində bir nəfər 2200 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində evlərin birinin qarşısından 800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti