...

Alim Nəbiyev MMA-də debütünü inamlı qələbə ilə başladı

İdman Materials 14 Sentyabr 2025 10:55 (UTC +04:00)
Alim Nəbiyev MMA-də debütünü inamlı qələbə ilə başladı

Bakı. Trend:

Bu gün Bakıda keçirilən turnirdə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb. Onun rəqibi iranlı idmançı Nezhad Vahid olub.

Trend-in məlumatına görə, döyüşün taleyi birinci raundda həll olunub – Alim Nəbiyev rəqibini nakautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə start verib.

Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti