...

Qəzzanı tərk edənlərin sayı açıqlandı

Dünya xəbərləri Materials 13 Sentyabr 2025 17:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə ordusu Qəzza sakinlərini yenidən şəhəri tərk etməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə məlumatı “Ynet” portalı yayıb.

Bildirilib ki, hərbçilərin hesablamalarına görə, son günlər ərzində şəhəri artıq 250 min nəfər tərk edib.

Bundan əvvəl isə, Qəzzanı təqribən 150 min sakinin tərk etdiyi qeyd olunmuşdu.

Xatırladaq ki, İsrail ordusu Qəzza şəhəri üzərində tam nəzarətin əldə olunması ilə bağlı əməliyyat keçirilməsinə hazırlaşır. Bununla əlaqədar olaraq, İsrail ordusu Qəzza zolağının sakinlərini şəhəri tərk etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti