Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əsasən, günün birinci yarısında yarımadanın bəzi yerlərində leysan olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.