...

MN əsgərlərlə görüşlə bağlı vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 13 Sentyabr 2025 13:55 (UTC +04:00)
MN əsgərlərlə görüşlə bağlı vətəndaşlara müraciət edib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı vətəndaşlara müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti