Bakı. Trend:
İndoneziyanın Şərqi Yava vilayətində Semeru vulkanının dörd yeni püskürməsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə "Antara" agentliyi müşahidə məntəqəsinə istinadən xəbər verib.
Məlumata əsasən, kül sütunu kraterdən 800 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4476 m hündürlüyünə qalxıb. Bildirilib ki, kül şimal istiqamətində böyük intensivliklə yayılır.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi yerli sakinləri və turistləri ehtiyatlı olmağa və vulkanın kraterindən 3 km məsafədə qalmamağa çağırıb.