Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 22 ölkədən 3,7 milyard ABŞ dolları dəyərində 38,4 min kiloqram qızıl idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 97,5 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ) daxil olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862 kiloqram qızıl istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 614,5 kiloqram və ya 49,2% çoxdur. Cari ilin avqust ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 167,5 kiloqram olub.
Cari ilin ilk yeddi ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:
Ölkələr |
Qızılın həcmi (kq) |
Qızılın dəyəri (min ABŞ dolları) |
Qazaxıstan |
2556,83 |
262172,89 |
Qırğızıstan |
417,36 |
44617,82 |
Özbəkistan |
1226,92 |
124914,73 |
Rusiya |
6783,68 |
656760,54 |
Amerika Birləşmiş Ştatları |
4453,16 |
458836,39 |
Avstraliya |
4120,75 |
368159,06 |
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı |
4860,9 |
481268,41 |
Braziliya |
1021,46 |
953118,81 |
Cənubi Afrika Respublikası |
2526,6 |
267467,72 |
Çin |
1186,22 |
109542,7 |
Çinin xüsusi inzibati rayonu Honkonq |
184,29 |
16723,14 |
Filippin |
240,88 |
24325,53 |
İsveçrə |
1470,02 |
145035,48 |
Kanada |
1398,88 |
132316,32 |
Meksika |
2557,6 |
233513,81 |
Türkiyə |
1115,84 |
99250,42 |
Yaponiya |
149,89 |
15586,09 |
Zimbabve |
12,2 |
1133,44 |
Almaniya |
1062,49 |
95859,22 |
İspaniya |
692,15 |
73156,09 |
İsveç |
38,16 |
4099,74 |
İtaliya |
296,48 |
31249,34 |
Rumıniya |
48,12 |
4960,59 |
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.