...

Azərbaycan Orta Dəhlizdə artan yüklər fonunda Almaniya ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

İqtisadiyyat Materials 12 Sentyabr 2025 15:13 (UTC +04:00)
Azərbaycan Orta Dəhlizdə artan yüklər fonunda Almaniya ilə əməkdaşlıq imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Orta Dəhlizdə artan yüklər fonunda Almaniya ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə Trend Dövlət Dəniz və Liman Agentliyinə (DDLA) istinadən xəbər verir.

Belə ki, DDLA-da Alman Gəmiqayırma və Dəniz Sənayesi Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq etdiyi nümayədə heyəti ilə görüş təşkil olunub.

Tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki səfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri də iştirak ediblər.

Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.

Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması fonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə təsnifat cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinin tələbləri, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi, dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, liman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti