...

Orta Dəhliz regionun əsas iqtisadiyyatları ilə yanaşı, başqa ölkələrə də fayda gətirəcək - "Moody's"

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 12:31 (UTC +04:00)
Orta Dəhliz regionun əsas iqtisadiyyatları ilə yanaşı, başqa ölkələrə də fayda gətirəcək - "Moody's"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizin rolunun güclənməsi yalnız onun əsas iqtisadiyyatları sayılan ölkələrə – Qazaxıstan, Azərbaycan və Gürcüstan üçün deyil, həm də dəhlizlə əlaqələr sayəsində fayda əldə edən Özbəkistan və Qırğızıstan kimi digər ölkələr üçün də müsbət nəticələrə gətirib çıxarır.

Trend bu barədə “Moody’s”ə istinadən xəbər verir.

“Orta Dəhliz, xüsusilə Çinlə Avropa arasındakı ticarət axınları üçün alternativ kimi formalaşıb. Onun multimodal təbiəti ilə bağlı çətinliklərə baxmayaraq, daha birbaşa marşrut zaman və xərclər baxımından üstünlüklər təmin edir. Daşımaların əsas hissəsi dəmir yolu ilə yük daşımalarının payına düşür – onlar dəniz nəqliyyatına nisbətən daha sürətli, etibarlı və potensial olaraq daha ekoloji təmizdir. Nəticədə, 2022-ci ildən etibarən tranzit həcmləri kəskin artıb, regiondakı ticarət axınları isə güclənib”, – deyə agentliyin hesabatında bildirilir.

“Moody’s”in məlumatına görə, bununla əlaqədar infrastruktur sahəsinə, o cümlədən, dəmir yolu xətlərinin ötürücülük qabiliyyətinin artırılmasına, dəniz gəmiləri və yük qatarlarından ibarət donanmanın müasirləşdirilməsi və genişləndirilməsinə, həmçinin, limanların və logistika mərkəzlərinin tikintisi və inkişafına yatırımlar artıb.

“Yatırımların mühüm hissəsinin milli hökumətlər və dövlət şirkətləri tərəfindən təmin edilməsinə baxmayaraq, Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları da daxil olmaqla, xarici qurumlar layihələrin maliyyələşdirilməsində iştirak edir. Orta Dəhliz, həmçinin, Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş Aİ-nin “Global Gateway” strategiyasına da daxildir”, - sənəddə qeyd olunur.

Eyni zamanda, “Moody’s” hesab edir ki, Orta Dəhlizin tam potensialının həyata keçməsi üçün hələ də həllini tapmamış məsələlər qalmaqdadır.

“İnfrastruktur sahəsində genişmiqyaslı yatırımlara ehtiyacla yanaşı, dəhliz bir neçə yurisdiksiyadan keçir. Sərhəd və gömrük prosedurlarının harmonizasiyası marşrut ölkələri arasında sıx əməkdaşlıq tələb edəcək. Bu sahədə irəliləyiş dəhlizi daha cəlbedici edəcək və regiondakı qiymətləndirdiyimiz subyektlərin kredit keyfiyyətinə müsbət təsir göstərəcək”, - hesabatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti