...

Gözəl insan, peşəkar təhlükəsizlik əməkdaşı Rzaqulu Quliyev

Cəmiyyət Materials 13 Sentyabr 2025 09:15 (UTC +04:00)
Gözəl insan, peşəkar təhlükəsizlik əməkdaşı Rzaqulu Quliyev

Bakı. Trend:

110 illik yubileyinə həsr olunur.

Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci ilin sentyabr ayının birinci yarısında Zəngəzur mahalında anadan olub.

1918-1919-cu illərdə erməni daşnaklarının Zəngəzurdakı azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər nəticəsində Hüseyn Quliyevin (Rzaqulunun atası) qaçqın vəziyyətinə düşür. Bu mənasız və amansız müharibədə azyaşlı Humay və qardaşı Rzaqulu itgin düşürlər.

Onların axtarışı uzunmüddətli olmur. Yaxın qohumlarının dəqiqliyi və səyləri nəticəsində uğurla nəticələnir. Humay, Rzaqulu və daha iki bacısı tapılır və Naxçıvana gətirilir. Orada onların bibisi İzzət xanım Həyat yoldaşı Əlirza Əliyevlə tapılan uşaqları himayəyə götürürlər. Əliyevlər ailəsində uşaqlar üçün hər cür şərait və rahatlıq yaradılır. Hüseynin övladları yetkinlik yaşına çatana qədər mehribanlıq və qarşılıqlı dostluq hökm sürən həmin ailədə boya-başa çatırlar. Rzaqulu bu ailədə tam orta Azərbaycan məktəbinə daxil olur, oranı müvəffəqiyyətlə bitirib atestata layiq görülür.

1940-1944-cü ilə qədər Rzaqulu Quliyev iki istiqamətdə - Hərbi komissarlıqda və Naxçıvan SSRİ Prokrorluğunda çalışmışdır.

1944-cü ildən etibarən Rzaqulu Quliyev Naxçıvanda təhlükəsizlik orqanlarında fəaliyyətə başlayır.

Sonrakı illərdə onun operativ fəaliyyəti Azərbaycanın bir neçə rayonunda rəhbər vəzifələrdə davam edir.

70-ci illərdə artıq onu Naxçıvan vilayətinin Dövlət Təhlükəsizlik Komitəsi nümayəndəliyindən Dövlət Təhlükəsizlik Komitəsinin Mərkəzi aparatının Nərimanov rayon şöbəsinə rəis təyin edirlər.

Rzaqulu Quliyev 1979-cu ildə xidməti fəaliyyətini başa vurur. Təhlükəsizlik orqanlarında 35 ildən artıq vicdanla və fədakarlıqla xidmət göstərdikdən sonra təqaüdə çıxır.

Enerjisi tükənməyən Rzaqulu Quliyev təqaüdə çıxandan sonra da əmək fəaliyətini davam etdirmişdir. 1979-cu ildən o, “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri təyin olunur.

Bu, ömrünü Vətəninə, Azərbaycan xalqına və dövlətinə həsr etmiş fədakar insanla mən cənub zonasında Əlibayramhda (indiki Şirvan şəhəri) iclasda tanış olmuşam.

1964-cü ilin sonlarında SSRİ siyasi rəhbərliyində dəyişikliklər baş verdi. Nikita Sergeyeviç Xruşşovun əvəzinə Leonid İliç Brejnev birinci katib seçildi. Bu dəyişiklik DTK rəhbərliyinə də təsir etdi. SSRİ DTK-nin sədri vəzifəsinə təcrübəli diplomat Yuri Vladimiroviç Andropov təyin olundu. Onun gəlişi ilə bütün DTK orqanlarında ciddi dəyişikliklər barədə Əmr verildi və bütün əməliyyat heyətinin məlumatlandırılması göstərişi verildi.

Bu Əmr SSRİ DTK orqanlarının fəaliyyətindəki və tərkib hissəsindəki dəyişiklikləri əhatə edirdi.

Bu Əmr SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycan Respublikasına da yalnız bir nüsxədə göndərildi. Və çoxaldıla bilməzdi.

Əməkdaşların Əmrlə tanışlığı Mərkəzi Aparatdan başladı və bura Sumqayıt şəhər bölməsi də əlavə olundu.

Respublikanın bütün rayonları iki zonaya bölünürdü: “Şimal”- iclasın keçirildiyi şəhər Kiravabad (indiki Gəncə) və “Cənub” iclasın keçirildiyi yer Əlibayramh (indiki Şirvan).

Zonalarda iclaslar növbə ilə keçirilirdi.

Bu dövrdə mən artıq iki il idi ki, Kəşfiyyat şöbəsinin bo əməliyyat müvəkkili vəzifəsində çalışırdım.

Şöbə rəisi polkovnik Hüseynov İlhüseyn Pirhüseyn oğlu məni çağırdı və göstəriş verdi ki, sabah səhər saat 9-da DTK-nin binasının girişində işgüzar səfər üçün hazır olum. Onunla birlikdə Zona iclasında iştirak etmək üçün Əlibayramh (Şirvan) şəhərinə iki günlük işgüzar səfərə gedəcəyik. Amma səhər səfərdən əvvəl mən DTK- nin “Katiblik” şöbəsindən öz imzamla DTK sədrinin Əmrini götürməli idim. Bakıya qayıdana qədər Əmrin təhlükəsizliyinə mən başımla cavabdeh olmalıyam.

Səhəri gün səfərə tam hazır vəziyyətdə idim.

Günorta artıq hədəfə çatmışdıq. Şəhər şöbəsinin girişində bizi aparat üzrə növbətçi qarşıladı və şöbə rəisinin otağına qədər müşayiət etdi. İçəri daxil olanda rəis stolun arxasından qalxıb bizimlə görüşdü. Rəis polkovnik Rzaqulu Hüseyn oğlu Quliyev idi.

İki rəhbərin görüşü (biri-əks kəşfiyyat, digəri kəşfiyyat bölmələrinin) onlar üçün gözlənilməz, lakin çox sevindirici oldu. Onların hər ikisinin qətiyyətli, kişi kimi möhkəm xarakterləri, dəmir iradəsi bir-birini tamamlayırdı. Və bütün bunlar etibarlı kişi dostluğunun bariz nümunəsi idi. Həm Rzaqulu, həm də İlhüseyn təhlükəsizlik orqanlarına demək olar ki, eyni vaxtda qəbul olunmuşdular. Lakin Azərbaycanın təmamilə əks regionlarına. Amma bu hadisə XX əsrin 40-cı illərinin birinci yarısında baş vermişdi. Onların birgə fəaliyyəti həm, Naxçıvanda həm də, Bakıda tezliklə möhkəm dostluğun yaranmasına səbəb oldu. İlhüseyn Bakıda Mərkəzi Aparatda əks- kəşfiyyat və uzun müddət kəşfiyyat, Rzaqulunun isə ardıcıl olaraq Respublikanın təhlükəsizlik orqanlarının bir çox rayon şöbələrinin rəhbəri vəzifəsində xidmətləri onlar arasındakı səmimi həsrətin ortaya çıxmasının real əsası olmuşdur.

Rzaqulu Hüseyn oğlu bizi iclas stolu arxasında əyləşdirdi və orada başlayan söhbət hər ikisinin xidməti fəaliyyəti dövründə olan əməliyyat tədbirləri haqqında idi. Mən onların arasında oturub, susur və onların maraqlı söhbətini diqqətlə dinləyirdim. İki saatdan çox davam edən söhbət Rzaqulu Hüseyn oğlunun təklifi ilə dayandırıldı və o, bizi nahara dəvət etdi. Lakin ənənəvi olaraq, restorana deyil, öz mənzilinə. Həmçinin qeyd etdi ki, ev şəraiti onlar arasında tam məxfi keçirilmiş əməliyyat tədbirləri haqqında olan söhbətin davamı üçün əlverişlidir.

Mənzildə bizi onun həyat yoldaşı Zərri xanım qarşıladı. O, mənə dərin və xoş təəssürat yaratdı. Bu xanım nəzakətin, mehribanlığın, yaxşılığın, diqqətin və mədəniyyətin təcəssümü idi.

Axşam Rzaqulu Hüseyn oğlu bizi gecələmək üçün qonaq evinə yola saldı.

Səhər saat 10:30 da biz DTK-nin Əlibayramlı rayon şöbəsinin akt zalında toplanmışdıq.

Rzaqulu Hüseyn oğlu iclasın başlanmağına az qalmış iş üçün lazım olan bütün zəruri sualları hazırladı. Qeyd etmək istərdim ki, Əlibayramlı rayonunda Səlyan, Neftçala, Yardımlı, Lerik, Lənkəran və Astara kimi ətraf rayon şöbələrinin əməkdaşları bir araya gəlmişdi. 40-dan artıq əməkdaş toplanmışdı.

SSRİ DTK-si sədrinin əmri ilə iclasa toplanan əməkdaşları Azərbaycan DTK-nin Kollegiya üzvü, 1-ci şöbənin (kəşfiyyat) rəisi, polkovnik Hüseynov İlhüseyn tanış etdi.

Müzakirələrdə bütün rayon şöbələrinin rəisləri çıxış etdi.

Çıxış edənlərin hamısı eyni fikirdə idilər. Andropov tərəfindən nəzərdə tutulmuş DTK əməkdaşlarının həyatındakı növbəti dəyişikliklər Azərbaycan SSRİ DTK əməkdaşlarını ruhlandırırdı. Bunu nəzərə alaraq, Əmr yüksək və müsbət qiymətləndirilməyə layiq idi.

Günün ikinci yarısında iştirakçılar üçün nahar təşkil olundu.

İclas

Səhəri gün bütün iştirakçılarla vidalaşırdıq. Sonda Rzaqulu Hüseyn oğlu ilə biz vidalaşdıq. İki köhnə dostun vidalaşması ictimaiyyət qarşısında olmasına baxmayaraq, uzun çəkdi. Uzun müddət əllərini bir-birindən ayırmadılar. Nəhayət vida anı çatanda bir-birinə möhkəm sarılıb ayrıldılar.

Ən axırda Rzaqulu Hüseyn oğlu mənimlə sağollaşdı. Əlimi sıxaraq dedi: - Mən sənin gözlərində gələcəkdə əməliyyat müvəkkili olaraq uğurlarını görürəm. Onların parlaqlığı sənin gələcəkdə peşəkar təhlükəsizlik işçisi olduğunu təsdiq edir.

Mənim gələcək əməliyyat fəaliyyətimi yüksək və ədalətli qiymətləndirdiyinə görə mən bütün əməliyyat həyatımı ona borcluyam. Heç bir şübhə yoxdur ki, o, uzaqgörən idi!!!

Qısa müddətdən sonra Rzaqulu Hüseyn oğlu Quliyev Əlibayramlı rayonundan Bakıya Mərkəzi Aparata Nərimanov rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunur. Bu çox yüksək və məsuliyyətli vəzifə idi, belə ki, Nərimanov rayonu ərazisinə görə ən böyük rayondur. Bu rayonda sənaye müəssisələrinin 50%-i yerləşir: ’’Azərelektroterm”, leytenant Şmidt adma Maşınqayırma zavodu, Bakı məişət kondisionerləri zavodu, Lampa zavodu, Metropoliten depo və bir sıra digər sənaye müəssisələri.

Bütün parametrlərinə görə Rzaqulu Hüseyn oğlunun namizədliyi ən uğurlu və uyğun idi. Və yalnız o, qısa müddət ərzində DTK-nin əməliyyat qüvvələrini və imkanlarını düzgün şəkildə yerləşdirməyi bacardı.

Bütün sənaye müəssisələrinin mənbələri vaxtı-vaxtında dəyərli əməliyyat məlumatlarını rayon şöbəsinin əməliyyat heyətinə çatdırırdılar.

Bundan əlavə Rzaqulu Hüseyn oğlu müəssisələrdə tez-tez yaranan çətin fövqəladə hadisələrdə öz xidməti otağında hadisələrin mahiyyətinin təhlilində fəal iştirak edən DTK-nin təcrübəli əməkdaşları ilə təcili iclaslar keçirirdi. Qrup, təhlillərin nəticələrinə əsasən tövsiyyə və təkliflərini verirdi. Bu əməkdaşlara aiddir: Banserev Vladimir, Abbasquliyev Azər, Tağıyev Zülfüqar, Əfəndiyev Zaur və mən - Süleymanov Şamil.

Rzaqulu Hüseyn oğlu Quliyev haqqında xatirələri qısa kəlimə ilə yekunlaşdırmaq istəyirəm:

Bu şəxsiyyət həyata keçirdiyi əməliyyat işlərinə tam bağlılığı ilə səciyyələnirdi. Fikirləri daim qarşısında duran operativ vəzifə ilə bağlı idi.

Allah Ona rəhmət eləsin!

Bu gün Rzaqulu Hüseyn oğlunun ölməz xatirəsi daim yaddaşlardadır. Rzaqulu Quliyevin davamçıları olan oğlu Hüseyn və qızı Zərifə onun adını daim yaşadırlar.

Oğlu - Hüseyn Rzaqulu oğlu Quliyev Naxçıvanda tam orta məktəbi rus dilində bitirib, sonra isə Azərbaycan Dövlət Neft və Kimya institutunun mühəndislik fakültəsini bitirib. Təhlükəsizlik orqanlarında çalışıb. Əvvəlcə DTK-nin 1-ci Baş İdarəsinin (Kəşfiyyat) əməkdaşı olub. İki dəfə xarici ezamiyyətdə olub:

Kiprdə SSRİ səfirliyinin birinci katibi.
Türkiyədə SSRİ səfirliyinin birinci katibi.

Xidmətini Moskvada xarici kəşfiyyatın əməkdaşı kimi sonlandırır. Bakıya qayıtdıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı, son illərdə isə Azərbaycanın Özbəkistandakı səfiri olub.

Mərhum atasının layiqli varisi!

Qızı - Zərifə Rzaqulu qızı Quliyeva. Nəriman Nərimanov adma Azərbaycan Tibb Universitetini bitirib. İşləyib: 5 nömrəli klinikada, Nizami rayon Tibbi-sanitariya bölməsinin baş həkimi.

Mərhum atasının layiqli qızı!

Xatirələri ilə bölüşdü:

33 il DTK-də xidmət etmiş istefada olan polkovnik;
SSRİ DTK-nin fəxri əməkdaşı;
Milli Təhlükəsizlik Nazirliyin fəxri Əməkdaşı
“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Vetiranlarının İctimai Birliyinin fəxri sədri.
Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin fəxri əməkdaşı

sentyabr 2025-ci il Ş.K.Süleymanov

Xəbər lenti

Xəbər lenti