...

Qazaxıstanda əməliyyat-taktiki təlimlər keçiriləcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2025 03:31 (UTC +04:00)
Qazaxıstanda əməliyyat-taktiki təlimlər keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Silahlı Qüvvələrinin quru qoşunlarının döyüş hazırlığı proqramı çərçivəsində “Qərb” və “Şərq” regional komandanlıqlarının qoşunlarının iştirakı ilə Manqistau vilayətində “Aybalta-2025” ikitərəfli əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər çərçivəsində bir sıra vilayətlərin ərazisi üzrə qüvvə və vasitələrin hərəkəti planlaşdırılır. Bölmələr — şəxsi heyət və hərbi texnika — kombinə edilmiş qaydada dəmir yolu və avtomobil nəqliyyatı ilə hərəkət edəcək, daha sonra daimi dislokasiya məntəqələrinə qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti