...

BMT son zəlzələlərdən sonra Əfqanıstana yardım miqyasını genişləndirir

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 08:17 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın şərqində baş verən son zəlzələlərdən sonra BMT-nin təşkilatı olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) yardımın miqyasını genişləndirir

Trend-in məlumatına görə, bu barədə BMT öz saytında məlumat yayıb.

Məlumata görə, BMqT zərər çəkmiş, evlərindən didərgin düşmüş və sığınacaq, çadır, yorğan və zəruri əşyalara ehtiyacı olan 134 min insana kömək etmək üçün təcili olaraq 16,8 milyon dollar tələb edir.

"Əhalinin tibbi yardıma, psixososial dəstəyə, eləcə də təmiz su və gigiyena vasitələrinə ehtiyacı var. Qadınlar və qızlar indiki şəraitdə, o cümlədən şəxsi həyatın olmaması səbəbindən risk altındadırlar", - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 31-də və sentyabrın 4-də baş verən güclü zəlzələlər Əfqanıstanda ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 2100-dən çox insan həlak olub, 3600-dən çox insan yaralanıb. Ən çox dağıntılara Kunar, Nangarhar əyalətləri və Laqmanın bir hissəsi məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti