...

Su ehtiyatlarının səmərəli idarə olunması qlobal əhəmiyyət kəsb edən bir məsələdir - Sədr müavini

Cəmiyyət Materials 11 Sentyabr 2025 10:21 (UTC +04:00)
Su ehtiyatlarının səmərəli idarə olunması qlobal əhəmiyyət kəsb edən bir məsələdir - Sədr müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Su ehtiyatlarının səmərəli idarə olunması artıq yalnız bir ölkənin daxili məsələsi deyil, bu, qlobal əhəmiyyət kəsb edən bir məsələdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycan Respublikasında su resurslarının qorunması, su ehtiyatlarının səmərəli istifadə olunması dövlət siyasətinin əsas istiqamətlərindən və əsas prioritetlərindən biridir: "Bu gün iqlim dəyişikliyi, su qıtlığı kimi çağırışlar bir ölkənin daxili imkanları hesabına həll olunan məsələ deyil. Buna görə də beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bunun əsasında yeni təşəbbüslərin irəli sürülməsi bizim üçün xüsusi önəm daşıyır. Bu konfrans da bu baxımdan olduqca vacib rol oynayır".

"İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, yeni ideyalar nəticəsində yeni tərəfdaşlıqların formalaşmasına nail olacağıq", - deyə sədrin birinci müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti