Bakı. Trend:
ABŞ hakimiyyət amerikalı siyasi fəal Çarli Kirkin qatilinin tapılmasında müəyyən irəliləyiş əldə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin sullarını cavablandırarkən bildirib.
"Düşünrəm ki, irəliləyiş var", - deyə ABŞ prezidenti bildirib.
O, Kirkin qatilini heyvan adlandırıb. “Ümid edirəm ki, onu tutacaqlar”, - deyə D.Tramp əlavə edib.
"Ümid edirəm ki, onu tutacayıq və onunla lazım olduğu şəkildə məşğul olacağıq", - deyə o vurğulayıb.