Bakı. Trend:
Azərbaycanda anbarlarda 16 milyard kubmetr su yığılıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.
"Təsəvvür edin, biz onu bir manatdan hesablasaq, 16 milyard
manat dəyər edir. Onu da litrlə hesablasaq, trilyonlarla litr suya
bərabər olur. O suyun yığılmasını bacarmışıqsa, o suyun
istifadəsini də bacarmalıyıq", - M
Babayev vurğulayıb.
"Biz çayların aşağı axınında yerləşən ölkəyik. Ona görə də su məsələsi qonşularımızla həmişə gündəmimizdə olmalıdır. Regionda yeganə ölkə Azərbaycandır ki, Su Konvensiyasının üzvüdür. Qalan ölkələr bu konvensiyanın üzvü deyil. Ona görə də bu məsələdə beynəlxalq əməkdaşlığı diqqətdə saxlamalıyıq. Bu məsələdə təkcə ölkəmizi yox, regionu da fikirləşməliyik", - deyə M. Babayev qeyd edib.