...

Suyun təmizlənməsi üzrə ixtisaslaşmış Çexiya şirkəti Azərbaycan bazarına çıxış imkanını nəzərdən keçirir

İqtisadiyyat Materials 11 Sentyabr 2025 12:53 (UTC +04:00)
Suyun təmizlənməsi üzrə ixtisaslaşmış Çexiya şirkəti Azərbaycan bazarına çıxış imkanını nəzərdən keçirir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın sənaye texnologiyaları və su təmizləmə texnologiyaları üzrə ixtisaslaşmış “MEGA a.s” şirkəti Azərbaycan bazarına çıxış imkanını nəzərdən keçirir.

Bunu Trend-ə Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” (Bakı Su Həftəsi)- çərçivəsində verdiyi müsahibədə “MEGA a.s.” əsas müştəriləri ilə iş üzrə meneceri Mixail Yirdaşek bildirib.

“Biz Azərbaycan bazarında işləmək, burada artıq mövcud olan zavodlardakı fəaliyyətdə olan xəttlərin müasirləşdirilməsinə kömək edəcəyimiz tərəfdaşlar tapmaq ,və ya misal üçün su bərpasının yüksək səviyyəsinin əldə olunmasına vəsilə olan yeni “yaşıl” layihələrdə iştirak etmək istərdik”, -deyə o bildirib.

Menecerin bildirdiyinə görə, “MEGA a.s” şirkəti çirklənmiş suyun “sıfırdan” sifarişçi və ya tərəfdaşların tələb etdiyi səviyyəyə qədər təmizlənməsinə imkan verən texnologiyalar tətbiq edə bilər.

“Bizim həllin unikallığı ondadır ki, texnoloji xəttlərə biz öz istehsalımız olan eletromembran texnologiyalar inteqrasiya edirik. Hər bir texnologiyadan ən yaxşı tərəfləri seçir və onları birləşdiririk ki, həm suyun maksimal dərəcədə təmizlənməsi və bərpası, həm də bütün prosesin iqtisadi səmərəliliyi təmin edilsin,” - deyə M. Yirdaşek bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti