Bakı. Trend:
Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani cümə günü ABŞ-yə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə "Politico" nəşri mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, baş nazir ABŞ prezidenti Donald Trampla İsrailin Qətər ərazisinə endirdiyi zərbə və Qəzza zolağında atəşkəs danışıqlarının vəziyyəti ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
Bildirilib ki, görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ dövlət katibi Marko Rubio da iştirak edəcək.
Nəşrin mənbələri qeyd edib ki, Ağ Ev İsrailin hərəkətlərini “barbarlıq” adlandıran qətərliləri “sakitləşdirməyə” çalışır.
Bildirilib ki, İsrailin Qətərə zərbə endirməsindən sonra Amerika administrasiyasının İsrailin baş naziri Benyamin Netanyahudan məyusluğu daha da artıb.