...

Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 11 Sentyabr 2025 08:39 (UTC +04:00)
Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Trend xəbər verir ki, araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti