Bakı. Trend:
Nepalda çərşənbə axşamı olan kütləvi iğtişaşlardan sonra ölkənin həbsxanalarından 7557 məhbus qaçıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 13 cəzaçəkmə müəssisəsindən qaçan cinayətkarların tutulması üçün hüquq-mühafizə orqanları və silahlı qüvvələrin bölmələri ölkə üzrə səfərbər edilib.
Hakimiyyət vətəndaşlara ehtiyatlı olmağı və hər hansı şübhəli vəziyyət barədə məlumat verməyi tövsiyə edib.