...

Öz yurduma qayıtdığıma sevinirəm - Qırmızıbazar sakini

Cəmiyyət Materials 11 Sentyabr 2025 05:57 (UTC +04:00)
Öz yurduma qayıtdığıma sevinirəm - Qırmızıbazar sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Öz yurdumuza - Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinə qayıtdığıma sevinirəm.

Bunu Trend-ə açıqlamasında Xocavənd sakini Quliyev İlyas deyib.

Onun sözlərinə görə, 22 yaşında məcburi şəkildə tərk etdiyi yurda 55 yaşında qayıdır. Bütün bu illər ərzində hər zaman öz yurdunda yaşamağı arzulayıb.

"Artıq öz ata-baba yurduma qayıdıb ailəmlə birlikdə yaşamaq istəyirəm. Bütün keçmiş məcburi köçkünlərə öz yurdunda yaşamasını arzulayıram.

Prezidentimizə təşəkkürümü bildirirəm ki, bizim öz yurdumuza qayıtmağımıza şərait yaradıb", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti