...

Xəzər dənizində 93 min kvadrat kilometr yeni quru ərazi üzə çıxa bilər

İqtisadiyyat Materials 10 Sentyabr 2025 16:18 (UTC +04:00)
Xəzər dənizində 93 min kvadrat kilometr yeni quru ərazi üzə çıxa bilər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidroloji dəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dəniz səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir.

Trend xəbər verir ki, bunu Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildirib ki, son 30 ildə Xəzər dənizində suyun səviyyəsi 2,5 metr, son 10 ildə 1,5 metr, son 5 ildə 0,93 metr azalıb, ümumilikdə isə hər il Xəzər dənizdə suyun səviyyəsi 20-30 sm azalır: "Xəzər dənizinin şimal hissəsi çox dayazdır (orta dərinlik 5-6 metr). Səviyyənin bu qədər enməsi həmin hissənin qismən və ya tam qurumasına səbəb ola bilər. Bu, nərə balıqları, suitilər və şimaldakı bataqlıq ekosistemləri üçün ciddi təhlükədir. Sosial baxımdan suyun geri çəkilməsi Volqa deltasına, balıqçılığa və sahilyanı kənd təsərrüfatına zərbə vurur".

"NASA-nın Qlobal Su Monitorinqin tərəfindən bir neçə peykdən toplanan radar altimetriya məlumatları əsasında aparılan hesablamalara əsasən 21-ci əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər ki, bu da dənizin təxminən 1/4 sahəsini itirməsinə və 93 min kvadrat kilometr yeni quru ərazinin üzə çıxmasına səbəb olacaq. Yeni yaranacaq torpaqların çoxu Xəzərin şimal hissəsində formalaşacaq", - deyə K. Ağayeva qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti