Bakı. Trend:
400 ən varlı amerikalının ümumi sərvəti 6,6 trilyon dollara çatıb və siyahıya hələ də İlon Mask başçılıq edir.
Trend xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
2025-ci ildə reytinqə daxil olmaq üçün ən azı 3,8 milyard dollarlıq kapitala malik olmaq tələb olunur ki, bu da 2024-cü ildəki minimum dəyərdən 500 milyon dollar çoxdur.
Siyahıya görə, 2025-ci ildə Maskın sərvəti 438 milyard dollar təşkil edib. İkinci yerdə Oracle texnoloji şirkətinin direktorlar şurasının sədri Larri Ellison (276 milyard dollar), üçüncü yerdə Meta korporasiyasının həmtəsisçisi Mark Zukerberq (253 milyard dollar), Amazon-un qurucusu Ceff Bezos isə 241 milyard dollar sərvətlə yer alıb.
ABŞ-ın hazırkı prezidenti Donald Tramp 7,3 milyard dollar sərvəti ilə 201-ci sıradadır.