...

İranın Azərbaycana qeyri-neft məhsulları ixracında azalma qeydə alınıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 16:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 5 ayı (21 mart -22 avqust 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 avqust 2024) müqayisədə dəyər baxımından 25%, çəki baxımından 5% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 5 ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı dəyər baxımından təxminən 224 milyon dollar, çəki baxımından təxminən 346 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycana 298 milyon dollar dəyərində 364 min ton qeyri-neft məhsulları ixrac edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 5 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 228 milyon dollar dəyərində 348 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 25,7%, çəki baxımından 7,5% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, 5 ay ərzində İranın qeyri-neft məhsul ixracı 20,9 milyard dollar dəyərində 61,3 milyon ton təşkil edib. 5 ay ərzində qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 6% azalıb, çəki baxımından 0,7% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti