Bakı. Trend:
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz proqram nitqində Avropa İttifaqını Rusiyanın enerji resurslarından həmişəlik imtina etməyə çağırıb.
Trend xəbər verir ki, bu haqda o, Strasburqda, Avropa Parlamentinin sessiyasında çıxışı zamanı danışıb.
“Rusiyanın çirkli karbon resurslarından həmişəlik imtina etməyin vaxtı çatıb. Buna cavab Avropanın atom enerjisinə söykənən (ekoloji) təmiz enerjisi olacaq”, - deyə fon der Lyayen bildirib.
Avropa Komissiyası bu il (yazda) Avropa İttifaqı ölkələrinin 2027-ci ilin sonuna qədər Rusiya neft və qazı almasını tam qadağan edəcək plan təqdim edib və bu plan Ukraynada münaqişə başa çatdıqdan sonra da qüvvədə olacaq.
Hazırda Avropa Komissiyası Rusiyanın atom texnologiyaları və nüvə yanacağına dair oxşar qadağa planını hazırlayır və onun oktyabr ayında təqdim olunacağı gözlənilir.