...

Azərbaycanda iki ildən sonra süni yağış texnologiyasından istifadə ediləcək

İqtisadiyyat Materials 10 Sentyabr 2025 13:21 (UTC +04:00)
Azərbaycanda iki ildən sonra süni yağış texnologiyasından istifadə ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasından istifadə edilməsi nəzərdə tutulur.

Bu barədə Trend Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Belə ki, ölkədə hazırda süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılır. Bu ilin sonunadək bu texnologiyanın texniki iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri başa çatdırılacaq.

2026-cı ildə müvafiq sahədə pilot layihə keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.

Bu işlər başa çatdırıldıqdan sonra 2027-ci ildə Azərbaycanda süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

Xəbər lenti

Xəbər lenti