Bakı. Trend:
Oktyabrın 18-də ABŞ-nin müxtəlif ştatlarında Prezident Donald Trampın siyasətinə qarşı genişmiqyaslı nümayişlər keçiriləcək.
Trend xəbər verir ki, bu barədə “No Kings” hərəkatının təşkilatçıları məlumat yayıblar.
Aksiyanın məqsədi hakimiyyətin xalqa məxsus olduğunu bir daha dünyaya nümayiş etdirməkdir. Təşkilatçılar bəyanatlarında bildiriblər: “İyun ayında dünya xalqın gücünü gördü və Trampın özünə ‘tacqoyma mərasimi’ keçirmək cəhdi müqavimət nəticəsində uğursuz oldu. İndi isə o, ordunu icmalara göndərməyə, seçicilərin hüquqlarını məhdudlaşdırmağa və milyarderlərə imtiyazlar verməyə çalışır. Demokratiya diktaturaya qarşıdır”.
Etirazlarda ölkə üzrə ən azı 5-6 milyon insanın iştirak edəcəyi gözlənilir.