...

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyulub - MN

Cəmiyyət Materials 10 Sentyabr 2025 13:45 (UTC +04:00)
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyulub - MN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti