...

“Apple” şirkəti yeni iPhone 17 modelini təqdim edib (FOTO)

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 22:01 (UTC +04:00)
“Apple” şirkəti yeni iPhone 17 modelini təqdim edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” şirkəti yeni iPhone 17 modelini təqdim edib.

Trend xəbər verir ki, baza versiyası 6,3 düymlük ProMotion displey və daha nazik çərçivələrlə gəlir. İstifadəçilər nəhayət 120 Hz yeniləmə tezliyinə qovuşublar.

Yeni A19 prosessoru əvvəlki A18-dən 20% daha sürətlidir. Artırılmış batareya sayəsində avtonom iş vaxtı əvvəlki nəsil ilə müqayisədə 8 saat çoxalıb.

Kameralar da təkmilləşdirilib: əsas 48 MP-lik geniş bucaqlı modul, 12 MP-lik ikiqat rəqəmsal zumlu teleobyektiv əlavə olunub. Sensor iki dəfə böyüyüb və kvadrat formaya salınıb – bu, iPhone-u çevirmədən həm üfüqi, həm də şaquli çəkiliş imkanı verir. Ön kamera isə 24 MP olub, Central Stage və ultrastabilləşdirmə funksiyaları qazanıb.

Minimum versiya 256 GB yaddaşla təqdim olunur. Yeni smartfon bənövşəyi, mavi, qara, ağ və yaşıl rənglərdə satışa çıxacaq.

Xəbər lenti

Xəbər lenti