...

Kayrat Sarıbay Bakıda AQEM sammitinin keçiriləcəyi tarixi açıqlayıb

Cəmiyyət Materials 10 Sentyabr 2025 11:57 (UTC +04:00)
Kayrat Sarıbay Bakıda AQEM sammitinin keçiriləcəyi tarixi açıqlayıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

AQEM sammitinin 2026-cı ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu AQEM baş katibi Kayrat Sarıbay “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimində bildirib.

"Artıq Şanxay Beynəlxalq Tədqiqatlar İnstitutu (SIIS) ilə 2026-cı ilin oktyabrında Bakıda keçiriləcək növbəti sammit çərçivəsində həllini tapmamış məsələlərin, o cümlədən, mümkün transformasiya ideyalarının müzakirəsi məqsədilə növbəti görüşün təşkili barədə qeyri-rəsmi məsləhətləşmələr aparılıb", - deyə o qeyd edib.

Baş katib vurğulayıb ki, 9–10 sentyabr tarixlərində keçirilmiş müzakirələr, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinin inklüziv idarəetmə, etimad tədbirlərinin gücləndirilməsi və bizim rəngarəng Asiya regionumuz üçün ümumi rifah strategiyasının hazırlanmasına əsaslana biləcəyi barədə kollektiv təsəvvürü əhəmiyyətli dərəcədə zənginləşdirib.

Həmçinin, Kayrat Sarıbay Bakıda 2026-cı ildə təşkilatın nizamnaməsinin qəbul olunmasının planlaşdırıldığını xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti