Bakı. Trend:
AQEM təşkilatın transformasiyası ilə bağlı 9–10 sentyabr tarixlərində Bakıda keçirilən beyin mərkəzləri forumunda səsləndirilən ideyalardan istifadə edəcək.
Trend xəbər verir ki, bunu AQEM Katibliyinin hərbi-siyasi məsələlər üzrə eksperti Mədinə İqibayeva İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Bu panel olduqca maraqlı idi, biz AQEM-i tamhüquqlu beynəlxalq təşkilata çevirməyin yolları ilə bağlı çoxsaylı dəyərli ideyalar və peşəkar təkliflər eşitdik.
Natiqlərimizdən biri iyul ayında Prezident Kasım-Jomart Tokayev tərəfindən açılan yeni qərargah barədə də söz açdı. AQEM transformasiyası ilə bağlı bütün ideyalar eşidildi və biz onları gələcək təşəbbüslərin planlaşdırılmasında mütləq nəzərə alacağıq”, - deyə o bildirib.