...

İsrail müdafiə qüvvələri Doha şəhərinə aviazərbələr endirdiyini təsdiqləyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 17:48 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail müdafiə qüvvələri (IDF) Qətərin Doha şəhərinə aviazərbələr endirdiyini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Zərbələrdə HƏMAS-ın Qətərdakı rəhbərliyinin hədəfə alındığı bildirilir.

“Zərbə endirilən rəhbərlik üzvləri terror təşkilatının fəaliyyətinə illər boyu rəhbərlik ediblər və birbaşa olaraq 7 oktyabr qırğınını həyata keçirməkdə və İsrail Dövləti ilə müharibə aparmaqda cavabdehdirlər,”,deyə bəyanatda deyilir.

Hərbi qurum, zərbə zamanı mülki əhaliyə zərərin azaldılması üçün addımlar atıldığını, o cümlədən dəqiq silahlar və digər kəşfiyyat məlumatlarından istifadə edildiyini bildirib.


17:48
xxx

Qətərin paytaxtı Dohada partlayış silsilə partlayışların baş verməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Şahidlər şəhərdə bir neçə partlayışın baş verdiyini, Katara rayonu üzərində qatı tüstünün müşahidə olunduğunu iddia edir.

Partlayışların mənbəyi və ya səbəbi barədə rəsmi məlumat verilmir.

Bu arada İsrail mediası partlayışların İsrail hava qüvvələrinin HƏMAS-ın Qətərdəkinə ofisinə endirdiyi zərbələr nəticəsində baş verdiyini yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti