...

2027-ci ildən Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz suyundan istifadə ediləcək

İqtisadiyyat Materials 10 Sentyabr 2025 13:09 (UTC +04:00)
2027-ci ildən Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz suyundan istifadə ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ildən Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edilməsi nəzərdə tutulur.

Bu barədə Trend Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Belə ki, artıq bu il müvafiq sahədə beynəlxalq şirkətlərlə müqvilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması işləri yekunlaşdırılacaq.

2026-cı ildə isə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində 1 pilot layihə həyata keçiriləcək.

Beləliklə, sözügedən işlər tamamlandıqdan sonra 2027-ci ildən Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti