...

Bu gün Milli Komandanın Ukraynaya qarşı keçirəcəyi matçda Tofiq Bəhramov stadionunda çox sayda ukraynalı azarkeş iştirak edəcək

İdman Materials 9 Sentyabr 2025 16:30 (UTC +04:00)
Bu gün Milli Komandanın Ukraynaya qarşı keçirəcəyi matçda Tofiq Bəhramov stadionunda çox sayda ukraynalı azarkeş iştirak edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Futbol üzrə milli komandasının dünya çempionatı–2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Azərbaycan Milli Komandasına qarşı keçirəcəyi oyunda güclü azarkeş dəstəyi olacaq.

Trend xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası AFFA-ya müraciət edərək ona iki qonaq sektorun ayrılmasını xahiş edib.

Qeyd edək ki, adətən “Tofiq Bəhramov” stadionunda qonaq komandaların azarkeşlərinə yalnız bir sektor ayrılır.

Azərbaycan – Ukrayna oyunu bu gün 31 mindən çox tamaşaçı tutumuna malik olan sözügedən arenada keçiriləcək və matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti