...

Orta dəhliz etibarlı və dayanıqlı marşrut halına gəlib - Ekspert

İqtisadiyyat Materials 9 Sentyabr 2025 17:32 (UTC +04:00)
Orta dəhliz etibarlı və dayanıqlı marşrut halına gəlib - Ekspert
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta dəhliz etibarlı və dayanıqlı marşrut halına gəlib.

Trend xəbər verir ki, bunu , bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı söyləyib.

“Orta dəhliz etibarlı və dayanıqlı marşrut olub, qədim İpək Yolunu yenidən canlandırır. Bu marşrut Çin vasitəsilə Mərkəzi Asiyadan keçir, Qazaxıstan, Türkmənistan və Azərbaycan üzərindən Xəzəri keçir, Gürcüstan vasitəsilə davam edir və Türkiyə vasitəsilə Avropaya çatır,” - Dilmaç qeyd edib.

Onun sözlərinə görə, Bakı, Ələt, Aktau və Türkmənbaşı limanları bu multimodal şəbəkədə əvəzolunmaz rol oynayır. Onun əsasını həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu təşkil edir.

“‘Bir kəmər, bir yol’ təşəbbüsü və Orta dəhliz kimi layihələr yalnız fiziki infrastruktur deyil. Bunlar inteqrasiya, sabitlik və inklüziv inkişaf üçün strateji vasitələrdir və AQEM-in hədəfləri ilə birbaşa uyğundur,” – T. Dılmaç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti