...

Fransanın baş naziri istefa verib

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 16:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın baş naziri Fransua Bayru istefa verib.

Trend xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

“Baş nazir Bayru istefaya gedir”, -deyə məlumatda deyilir.

Bayru 9 sentyabr tarixində Parisdə yerləşən Yelisey Sarayına gəlib, burada o, Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edəcək.

Bundan əvvəl “The New York Times” qəzeti yazırdı ki, yeni baş nazirin tapılması ilə bağlı çətinliklər Makronun özünün istefasına da səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti