...

Orta Dəhliz boyunca rəqəmsal və fiziki əlaqələrin yaxşılaşdırılması üçün çoxlu imkanlar mövcuddur - Ceff Erlix

İqtisadiyyat Materials 9 Sentyabr 2025 15:49 (UTC +04:00)
Orta Dəhliz boyunca rəqəmsal və fiziki əlaqələrin yaxşılaşdırılması üçün çoxlu imkanlar mövcuddur - Ceff Erlix
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz boyunca rəqəmsal və fiziki əlaqələrin yaxşılaşdırılması üçün çoxlu imkanlar mövcuddur.

Trend xəbər verir ki, bunu Amerika Ticarət Palatasının Qazaxıstandakı icraçı direktoru Ceff Erlix Amerika biznes nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair keçirilmiş brifinqdə bildirib.

“Biz Qazaxıstandakı Kurık limanından bərələrlə Azərbaycanın Ələt limanına keçdik. Mənim təsəvvürümdə Ələt Kurıkdan on il irəlidədir. Ələt miqyas baxımından xeyli böyükdür və infrastruktur baxımından daha inkişaf edib. Buna görə də Qazaxıstan limanlarının şübhəsiz ki, investisiyaya ehtiyacı var və onlar özləri də bunu başa düşürlər. Onlara qəbul edilən terminalların və gəmilərin sayının artırılması lazımdır. Həmçinin, Xəzər dənizində su səviyyəsinin enməsi ilə mübarizə aparmaq üçün onların dibdərinləşdirmə işləri aparması vacibdir.

Biz gömrük orqanları ilə görüş keçirdik və onlar bir neçə ölkədən tranzit zamanı yüklərin “vahid pəncərə” prinsipi ilə keçə bilməsi üçün gömrük prosedurlarının sadələşdirilməsi və unifikasiyası üzərində işləyirlər. Deməli, burada rəqəmsal və fiziki əlaqələrin yaxşılaşdırılması üçün çoxlu imkanlar mövcuddur.

Mən deyərdim ki, bu, həmçinin Qazaxıstanda əlavə dəyər zənciri həlqələrinin yaradılması üçün imkanlar açır. Biznes nümayəndə heyətində iştirak edən şirkətlərdən biri Aktau limanının yaxınlığında neft emalı zavodunun tikintisi imkanını nəzərdən keçirir. Bu, təbii ki, neftin daha bahalı neft məhsullarına emal olunmasına imkan verəcək və bu, böyük ölçüdə məhz Trans-Xəzər marşrutundan asılıdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti