Bakı. Trend:
Beynəlxalq tərəfdaşlarımızdan sülh prosesi ilə bağlı aldığımız siqnallar və reaksiyalar olduqca müsbətdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martın Qalstyan Ermənistan parlamentində qurumun illik fəaliyyət hesabatının müzakirəsi zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Babken Tunyanın sualına cavab olaraq bildirib.
“Bununla belə, hadisələrin gələcək inkişafına dair qeyri-müəyyənlik qalmaqdadır”, – deyə Qalstyan qeyd edib.
Onun sözlərinə görə, sülh sazişinin yekun imzalanması şəraitində Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların ciddi axınını təmin edə biləcək.