...

Daxili qoşunların şəxsi heyəti bu qaydada təhsil alacaq

Cəmiyyət Materials 9 Sentyabr 2025 15:05 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili qoşunların şəxsi heyətinin qanunvericilik əsası yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların şəxsi heyəti hərbi qulluqçulardan və mülki işçilərdən ibarət olacaq.

Daxili qoşunların hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, xüsusi hazırlıq keçməli, xüsusi vasitələrdən, təhkim edilmiş silah, döyüş texnikası və xüsusi texnikadan istifadə etməyi bacarmalıdırlar.

Daxili qoşunların hərbi qulluqçularının fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi bacarığı, habelə ilk tibbi yardım göstərmək bacarığı müntəzəm yoxlanılmalıdır.

Daxili qoşunların komplektləşdirilməsi və daxili qoşunlarda həqiqi hərbi xidmət “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və digər normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçiriləcək.

Daxili qoşunların hərbi qulluqçularının əsas hüquq və vəzifələri, təminatları və hərbi xidmətlə əlaqədar hüquqlarının məhdudlaşdırılması Konstitusiya, bu qanun, “Hərbi qulluqçuların statusu haqqında” Qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikasının digər qanunları, o cümlədən Silahlı Qüvvələrin hərbi nizamnamələri ilə tənzimlənəcək.

Daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Daxili qoşunların kadrlar hazırlayan, onların ixtisasını artıran və elmi-tədqiqat işləri aparılan xüsusi təyinatlı təhsil müəssisələri olacaq.

Daxili qoşunların hərbi qulluqçuları təhsil müəssisələrində təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada təhsil ala biləcəklər.

Daxili qoşunların xüsusi təyinatlı təhsil müəssisələrində digər dövlət orqanları (qurumları) və dövlətlər üçün kadrların hazırlanması və onların ixtisasının artırılması həyata keçirilə biləcək.

Daxili qoşunların hərbi qulluqçularının başqa dövlətlərin ixtisaslaşdırılmış təhsil müəssisələrində təhsil alması beynəlxalq müqavilələr əsasında təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti