Bakı. Trend:
Tailand ali məhkəməsi 2001-2006-cı illərdə ölkənin baş naziri olmuş Taksin Çinavatanı “cəza müddətinin xəstəxanada keçirilməsinin qanuniliyi” işi üzrə bir il müddətinə azadlıqdan məhrum edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Məlumata görə, məhkəmə işlə saat yarım ərzində tanış olub və çox keçmədən müvafiq hökm çıxarılıb. Məhkəmədə eyni zamanda üç həkim də cəzalandırılıb, onlardan birinə həbs cəzası kəsilib, digər ikisinin lisenziyası ləğv olunub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar qəsdən ədliyyə orqanlarına keçmiş baş nazirin sağlamlıq durumu ilə bağlı yanlış məlumat veriblər, belə ki, öncəki həbsi zaman Çinavatının vəziyyəti heç də ağır olmayıb.