...

ABŞ nümayəndə heyəti Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəyə səfər edir

İqtisadiyyat Materials 9 Sentyabr 2025 14:31 (UTC +04:00)
ABŞ nümayəndə heyəti Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəyə səfər edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ nümayəndə heyəti Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəyə səfər edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov Amerika biznes nümayəndə heyətinin Bakıya səfərinin yekunlarına dair brifinq zamanı deyib.

“Bu üç ölkəni əhatə edən ticarət missiyası Orta Dəhliz regionu qarşısında ABŞ Ticarət Xidməti tərəfindən təsdiqlənmiş bir öhdəlikdir. Qeyd etmək vacibdir ki, konkret bu ticarət missiyası ABŞ hökuməti, xüsusilə ABŞ Ticarət Nazirliyi tərəfindən dəstəklənir.

Biz Qazaxıstanda başlayıb Azərbaycan vasitəsilə keçən və Türkiyədə bitən Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəni gəzirik”, - deyə o bildirib.

Bundan başqa, o, Avrasiyanın geosiyasi mənzərəsinin, eləcə də Orta Dəhliz xeyli dəyişdiyini vurğulayıb.

“Qazaxıstana, Aktauya səfərimiz zamanı oradakı sürətli inkişafın şahidi olduq. Manqıstau rəhbərliyi və akimatla görüşdük. Onlar bizə şəhərin və limanın gələcək inkişafını təqdim etdilər. Oradan bərə il Aktau şəhərindən buraya – Bakıya, Ələtə bazar günü gəldik. Dərhal Bakı Beynəlxalq Dəniz Ticarəti Şurasının rəhbərliyi və Ələt Azad İqtisadi Zonası rəhbərliyi ilə görüşlərə başladıq. Biz yükdaşıma mənzərəsinin necə dəyişdiyinin, çoxsaylı yüklərin qəbul və göndərilməsinin şahidi olduq. Liman rəhbərliyi ilə də görüşdük. Onlar bizə gələcək inkişaf layihələrini və Azərbaycanın limanının gələcəyinə, daha geniş mənada isə regional miqyasda öz baxışlarını təqdim etdilər. Bakıda iqtisadiyyat, nəqliyyat və rəqəmsal inkişaf nazirləri ilə çox məhsuldar görüşlərimiz oldu”,- o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti