Bakı. Trend:
Məqsəd Orta Dəhlizi daha effektiv etməkdir.
Bunu Trend-in sualına cavab olaraq ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) idarəedici direktoru Kennet Encell Amerika biznes-nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair brifinqdə bildirib.
“Özlüyündə Orta Dəhliz yeni marşrut deyil. Məqsəd onu harmonizə etmək, daha effektiv hala gətirməkdir. Bir sıra şeylərin çatışmazlığı mövcuddur. Anbarlar – bu, mənim barəsində danışdığım logistikanın bir aspektidir.
Əsasən, insanlar malların ora-bura daşınmasından danışırlar. Bu, yalnız texnika deyil, həm də həyati əhəmiyyətli minerallar, pambıq, neft və qazdır, yəni bütün bunlar elementlərdir, mal növləridir.
Bu, tək bir boru kəməri deyil ki, onunla hər şey nəql olunsun, onların hamısı birlikdə effektiv fəaliyyət göstərmək üçün potensial yaradır. Orta Dəhliz şimal və cənub marşrutlarına alternativdir”, - deyə o bildirib.